Dahi siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

  4 May 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan" adlı konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Sabunçu Rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sabir Allahverdiyev və sədr müavini Hacı Adil Məmmədov qonaq olublar.

Məktəbin direktoru İradə Bayramova tərəfindən təşkil olunmuş konfransda müxtəlif fənn müəllimlərinin IX-XI sinif şagirdləri ilə birlikdə hazırladıqları, Ulu öndərin siyasi fəaliyyətinə, müstəqil Azərbaycanın qurucusu kimi gördüyü işlərə, apardığı düzgün daxili və xarici siyasətin nəticələrinə və Heydər Əliyev mirasının layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin Azərbaycanı zəfərə aparan siyasət yoluna həsr olunmuş maraqlı mövzuları əhatə edən təqdimatlar nümayiş etdirilib.

Tədbir iştirakçılarının təqdimatlarını izlədikdən sonra qonaqlar çıxış edərək təqdimatlarla bağlı öz fikirlərini səsləndiriblər. Həmçinin qonaqlar Ümummilli lider Heydər Əliyevlə bağlı yaşadıqları və heç vaxt yaddaşlarından silinməyəcək məqamları yada salaraq onunla bağlı xatirələrini bölüşüblər.

Sonda konfrans iştirakçıları və qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib.

Dünya səviyyəli siyasi xadim Heydər Əliyevi hörmət və ehtiramla yad edir, ona Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi