Ramazan bayramınız mübarək!

  Bugün müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilən Ramazan bayramıdır.

Ramazan bayramına Fitr bayramı da deyilir. Şəvval ayının 1-ci günü qeyd olunan bu müqəddəs bayram insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandırır.

Müqəddəs Ramazan bayramında hər kəsə xoşbəxtlik, sağlamlıq, milli və bəşəri dəyərlərə sədaqət, əmin-amanlıq diləyir, ibadətlərinizin Allah tərəfindən qəbul olunmasını arzulayırıq.

Allah oruc və namazınızı, xeyirli arzu və diləklərinizi qəbul eləsin. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi