"Be healthy, Be happy" adlı beynəlxalq şagird müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.

17 aprel 2023-cü il tarixində Bakı KOB evində (Kiçik və Orta Biznes evi) KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) biznesin təhsil mühitinə inteqrasıyasına dəstəyilə reallaşan, Innovative Learning Network, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin və MIE Azerbaijan MMC-nin birgə təşkilatçılığı ilə planlanan "Be healthy, Be happy" adlı beynəlxalq şagird müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.

Müsabiqəyə ümumilikdə müxtəlif ölkələrdən 501 şagird təqdimatı ilə müraciət daxil olub, onlardan 86 təqdimat layihə formatına uyğun hesab edilərək müsabiqəyə buraxılıb. Proqram analitikası ilə 86 şagirddən 20-si yarımfinala yüksəlib. 20 yarımfinalçıdan 3 şagird əvvəlcədən elan olunmuş meyarlara uyğun yoxlanılaraq qalib elan edilib.

Yarışmanın iştirakçıları arasında 67 nömrəli tam orta məktəbin 3 şagirdi olub. Onlardan V "d" sinif şagirdi Murad Heyderli həvəsləndirici iştirakçı sertifikatı alıb. VI "e" sinif şagirdi Roza Qurbanova və V "d" sinif şagirdi Nihan Cəfərova isə yarımfinala yüksələrək ilk onluğa daxil olub və yarımfinalçı sertifikatı ilə təltif olunublar.

Şagirdlərdə Layihə Əsaslı və Problem Əsaslı öyrənmə bacarıqlarını inkişaf etdirən müsabiqədə Hindistan, Gürcüstan, Böyük Britaniya, Azərbaycan, Fələstin kimi ölkələrdən olan şagirdlər xüsusi fəallıqla iştirak ediblər.

İştirakçıları və qalibləri kollektivimiz adından təbrik edir, gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

#behealthybehappy #mieazerbaijan #tdm #innovativelearningnetwork #mrbee

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi