Şagirdlərimiz “Sağlam həyat” festivalında aktiv iştirak ediblər.

 “6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 6-10 aprel tarixlərində təşkil olunan “Sağlam həyat” festivalında 67 nömrəli tam orta məktəbin şagirdləri aktiv iştirak ediblər.

İştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60+ yaş), iki müxtəlif məkanda – Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayıblar.

Festivalın əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği olub. Festival günlərində müxtəlif idman növləri üzrə normativləri yerinə yetirənlərə “qızıl”, “gümüş” və “bürünc” stikeri olan sertifikatlar təqdim olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi