Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinin qalibləri təltif olunub.

 67 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə III-IV sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri diplomla təltif olunub. Təltifetmə mərasimində Yeganə Muradova çıxış edərək şagirdlərlə Heydər Əliyevin bir siyasi xadim kimi Azərbaycan Respublikasının siyasi və iqtisadi cəhətdən inkişafında önəmli rolu barədə söhbət aparıb, onları maraqlandıran suallara ətraflı cavab verib. Daha sonra diplomlar qaliblərə təqdim edilib və sonda xatirə şəkli çəkdirilib.

Yarışın qaliblərini kollektivimiz adından təbrik edir, növbəti yarışlarda müvəqqətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi