Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən növbəti müsabiqə

 67 nömrəli tam orta məktəbin V sinif şagirdləri arasında "Heydər Əliyev ili" çərçivəsində növbəti intellektual yarış keçirilib. Məktəbin tarix müəllimi Sevinc Quluzadənin təşkil etdiyi yarışda münsiflər heyəti qismində direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy, Azad Kələşov, biologiya müəllimi Günel Xasaylı, coğrafiya müəllimi Səbinə Seyidova, Azərbaycan dili və ədəbiyyat müəllimi Murad Rəşidov iştirak etdiblər. 5 mərhələdən ibarət olan yarışın I mərhələsi "Tarixi şəxiyyətlər", II mərhələsi "Xronologiya", III mərhələsi "Tarixi coğrafiya", IV mərhələsi "Azərbaycan mədəniyyəti", V mərhələsi isə "Heydər Əliyev və Azərbaycan" mövzularına həsr olunub.

Yarışın qalibi V "b" sinfini təmsil edən "Ulu öndər" komandası olub. I, II və III yerin qalibləri təltifnamələr və hədiyyələrlə mükafatlandırılıb.

Qalib komandaları qazandıqları uğur münasibətilə təbrik edir, onlara təhsil verən müəllimlərə təşəkkürlərimizi bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi