Məktəbdə " İstedad sorağında " adlı müsabiqə keçirilib.

 Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.

67 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə " İstedad sorağında " adlı müsabiqə keçirilib. Müsabiqədə şagirdlər müxtəlif incəsənət sahələri üzrə öz istedadlarını nümayiş etdiriblər. Münsiflər heyətinin 10 ballıq sistemlə qiymətləndirməsi əsasında keçirilən müsabiqədə yekun qiymət maksimum 50 bal olub.

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması, istedadlarını inkişaf etdirmələri istiqamətində onların motivasiya edilməsi olub.

Qeyd edək ki, yarışda yüksək nəticə göstərən istedalı şagirdlər ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəbdə keçirilməsi nəzərdə tutulan möhtəşəm konsert proqramında çıxış etmək hüququ əldə ediblər.

Qalibləri təbrik edir, belə maraqlı müsabiqənin təşkil edilməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi