Şəhidlər unudulmur

 67 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird heyəti şəhid Telman İqdam oğlu Ələkbərovun evini ziyarət ediblər.
Texnologiya müəllimi Zəhra Xankişiyeva rəhbərlik etdiyi VIII "e" sinif şagirdləri və texnologiya müəllimi Gülnarə Rüstəmova ilə birlikdə şəhid Telman Ələkbərovun doğum günündə anasını ziyarət edərək şəhidimizin ruhunu yad ediblər. Şəhidin anası Telmanla bağlı xatirələrini bölüşüb, onun qəhrəmanlıqlarından, döyüşlərdə göstərdiyi şücaətdən, həmçinin orta məktəbdə necə şagird olduğundan bəhs edib.
Sonda şəhidimiz Telmanın anası ilə birlikdə xatirə şəkli çəkdirilib.
Allah Telman Ələkbərov və bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qəlbimizdə daima yaşayacaq və hər zaman qürurla yad ediləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi