Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti müsabiqə

 67 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə III-IV sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib. " Dahi şəxsiyyət " adlı inşa müsabiqəsinin hazırlıq mərhələsində şagirdlərə Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında məlumatlar əldə etmək tapşırılıb. Daha sonra şagirdlər topladıqları məlumatlar və əldə etdikləri biliklər əsasında inşa yazaraq müsabiqədə iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyevin Azərbaycan xalqının tərəqqi yolunda qətiyyətlə addımlamasında rolu, onun siyasi arenalarda ölkəmizi necə uğurla təmsil etməsi, həyatını ölkəmizin inkişafına necə həsr etməsi haqqında şagirdlərin biliklərini artırmaq və dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi məktəblilərə daha ətraflı tanıtmaq olub.

Nəticələr yoxlanılıb qiymətləndirildikdən sonra müsabiqə qalibləri məktəb müdiriyyəti tərəfindən diplomla mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi