Məktəbəhazırlıq qruplarında monitorinq keçirilib

67 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə məktəbəhazırlıq qruplarında monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin əl-motorika və diqqətlərinin yoxlanması, əl-motorika hərəkətlərinin düzgün inkişafı və diqqət səviyyələrinin artırılması olub.
Monitorinq balacaların marağına səbəb olub. Belə monitorinqlərin təşkil olunması məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlıların düzgün inkişafı üçün olduqca vacibdir