Məktəbdə Novruz bayramı təntənəli şəkildə qeyd olunub

67 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə maraqlı tədbir keçirilib. Tədbirdə məktəbin istedadlı şagird və müəllim heyətinin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Həmçinin Novruz bayramının milli adət-ənənələri canlandırılıb.

Baharın gəlişinin simvolik obrazı olan Bahar qızı, Kosa və Keçəl, müəllimlərin ifasında səhnəcik, şagirdlərin ifasında musiqi, şeir və rəqslərlə zəngin olan tədbirdə məktəbin direktoru İradə Bayramova çıxış edərək müəllim, şagird və valideynləri bayram münasibətilə təbrik edib, xoş arzu və diləklərini səsləndirib.

Tədbirin təşkilində əməyi olanlara kollektivimiz adından təşəkkür edir, hər kəsi Novruz bayramı münasibətilə təbrik edirik.

Bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi