Novruz bayramı ərəfəsində məktəbdə " Səməni " müsabiqəsi keçirilib

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə V-VI siniflər arasında " Səməni " müsabiqəsi keçirilib.

Şagirdlər müsabiqəyə öz əlləri ilə hazırladıqları, sevə-sevə qulluq etdikləri və maraqla cücərtdikləri səmənilərlə qatılıblar.

Müsabiqənin şərtlərinə əsasən şagirdlərin fantaziyası, səməniyə necə qulluq etməkləri, Novruz bayramı ənənələri ilə nə dərəcədə tanış olmaqları, toxumun cücərməsi ilə bağlı biliklərini tətbiq etmək bacarıqları yoxlanılıb. Məqsəd şagirdlərdə bayram əhvalı yaratmaqla yanaşı, unudulmaqda olan ənənələri xatırlatmaq, Novruz bayramının simvolik rəmzi olan səməninin cücərdilməsinin məna və tarixçəsi ilə onları tanış etmək, həmçinin toxumun düzgün cücərdilməsi qaydaları ilə bağlı biliklərini genişləndirməkdən ibarət olub.

Müsabiqənin yekunu olaraq I, II və III yerə layiq görülənlərin diplom və hədiyyələrlə, qalan iştirakçıların isə iştirakçı sertifikatı ilə mükafatlandırılması nəzərdə tutulub.

Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir, evlərinizə səməni kimi ruzili, şəkərbura kimi şirin, xonça kimi bəzəkli günlər arzu edirik.

Novruz bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi