İdman həftəsinin qalibləri mükafatlandırılıb

67 nömrəli tam orta məktəbdə keçirilən 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman həftəsində müxtəlif növ idman yarışları və intellektual müsabiqələr təşkil olunub. Yarışlarda məktəbin III-IX sinif şagirdləri özlərini həmyaşıdları arasında sınayaraq bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışların qalibləri məktəb müdiriyyəti tərəfindən diplom və medallarla mükafatlandırılıb.
Kollektivimiz adından bütün qalibləri təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq.