Bugün Torpaq çərşənbəsi qeyd olunur.

 Çərşənbələr Novruz bayramının ən mühüm atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələrin simvolik obrazı formalaşıb. İlin son ayının dörd çərşənbəsi ilaxır çərşənbələr sayılır.

Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur.

Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Bir sözlə, ilaxır çərşənbə əcdadlarımızın bizə əmanət etdiyi ritual kompleksin tərkib hissəsidir.

Torpaq çərşənbəsi münasibətilə hər kəsi təbrik edir, evlərinizə bol ruzi-bərəkət, xoşbəxtlik, sağlamlıq arzu edirik.

Torpaq çərşənbəmiz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi