Uğurunuz uğurumuzdur

  67 nömrəli tam orta məktəbin şagirdləri uğurları ilə kollektivimizi sevindirməyə davam edir.

Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" adlı Breyn-Rinq yarışı keçirilib. Məktəbimizi təmsil edən "Üç əsrin şahidi" komandası rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Üç əsrin şahidi" komandasının rəhbəri 67 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Azad Kələşovdur.

Komandamızı qazandıqları uğur münasibətilə təbrik edir, final mərhələsində qələbə arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi