Şagirdlərimiz Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin 67 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən 1 nömrəli filialı tərəfindən şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif maarifləndirici ekskursiyalar, əyləncəli tədbirlər təşkil olunmağa davam edir.
Məktəbin I "b" sinif şagirdləri və onlara rəhbərlik edən ibtidai sinif müəllimi Fərqanə Əhmədova Gənc Tamaşaçılar Teatrında "Göyçək Fatma" tamaşasında olublar. Tamaşanı maraqla izləyən şagirdlər Gənc Tamaşaçılar Teatrından xoş təəssüratlarla ayrılıblar.