Şagirdlərə psixoloji dəstək

Şagirdlərdə imtahan öncəsi stresin aradan qaldırılması məqsədi ilə məktəbin psixoloqları tərəfindən IX və XI siniflərin iştirakı ilə seminar keçirilib. "İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusuna həsr olunmuş seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Həmçinin imtahan həyacanının orqanizmdə yaratmış olduğu psixosomatik təsirlərin imtahan nəticələrinə mənfi təsir göstərə biləcəyindən bəhs olunub. Bu halın baş verməməsi üçün şagirdlərə müxtəlif psixoloji texnikalar təqdim olunub, imtahandan əvvəl və imtahan günü üçün tövsiyyələr verilib.

Şagirdlərə qarşıdan gələn imtahanlarda uğurlar arzulayır, həyəcan və stresdən uzaq olmaqlarını məsləhət görürük.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi