Məktəbdə monitorinq keçirilib.

  6 mart 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin IX siniflərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən növbəti monitorinq keçirilib. Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış fənləri üzrə təhsilalanların bilik və bacarıqlarının yoxlanılması, tədrisin keyfiyyətinin ölçülməsi, zəifliklərin aşkar olunması və tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi olub.

Qeyd edək ki, bu tədris ili boyunca Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən keçirilən IV monitorinqdir.

Qarşıdan gələn buraxılış imtahanlarında bütün şagirdlərimizə uğurlar diləyir, hər birinə zehin açıqlığı, uğur, müvəffəqiyyət arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi