Şagirdlərə idman həftəsinə həsr olunmuş esse yazdırılıb

 67 nömrəli tam orta məktəbdə bu həftə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş müxtəlif üslublarda tədbirlər keçirilib. Bunlardan biri də ibtidai siniflərdə yazdırılan esse olub.

Məktəbin ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə II-IV sinif şagirdlərinə "Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olaq" adlı esse yazdırılıb. Məqsəd şagirdlərin idmana olan marağını artırmaq, idmanın onların sağlamlığına necə müsbət təsir etdiyini, insan həyatı üçün idmanın necə önəm kəsb etdiyini aşılamaq, idmanla bağlı şagirdlərin düşüncələrini öyrənmək olub.

Esselər təşkil olunmuş komissiya üzvləri tərəfindən yoxlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi