Məktəbdə idman həftəsi çərçivəsində maraqlı idman yarışları keçirilib.

 67 nömrəli tam orta məktəbin müdiriyyəti və fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş, müxtəlif idman növlərini əhatə edən yarışlar keçirilib. Yarışlarda məktəbin III-IX sinif şagirdləri iştirak ediblər. Futbol, qaçış, şahmat və dama idman növlərindən ibarət olan yarışların əsas məqsədi şagirdlərin idmana olan marağını artırmaq, faydalı idman növlərini şagirdlər arasında təbliğ etmək, istər fiziki, istərsə də zehni güc tələb edən idman növlərinin onların sağlamlığına necə müsbət təsir etdiyini aşılamaq olub.

Qeyd edək ki, yarışlar olduqca maraqlı, həyəcanlı keçib və qalibiyyət uğrunda güclü mübarizə aparılıb.

İdman həftəsinin yekununda qaliblər diplom və medallarla mükafatlandırılıb.

Yarışların təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, məktəbimizə bütün yarışlarda qalib olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi