Məktəbdə idman həftəsinə həsr olunmuş sərgi keçirilib

  67 nömrəli tam orta məktəbdə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərgi keçirilib. Sərgidə məktəbin istedadlı şagirdlərinin əl işlərindən ibarət maket və rəsmlər yer alıb. Rəsmlərdə müxtəlif idman növləri, Olimpiya oyunları və s. əks olunub. Həmçinin sərgidə məktəbin müəllim heyəti tərəfindən hazırlanmış, müxtəlif illərdə keçirilən Olimpiya oyunlarının tarixi məlumatları əks olunan referatlar da sərgilənib.

Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idmançılarımızı kollektivimiz adından təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi