İdman həftəsinə həsr olunmuş intellektual yarış

Fəaliyyət Planına uyğun olaraq 67 nömrəli tam orta məktəbdə bu həftə 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman həftəsidir.

İdman həftəsi çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirilib.

Məktəbin ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradova III və IV siniflərdə ayrı-ayrılıqda idman həftəsinə həsr olunmuş intellektual yarış keçirib.

Yarışda şagirdlərə müxtəlif idman növləri, onların yaranma tarixi, idmanın insan sağlamlığında rolu, idman yarışlarının qaydaları və s. haqqında suallar və tapşırıqlar verilib. Yarışın sonunda qaliblər diplomla təltif edilib.

Qalib olan şagirdlərimizi təbrik edir, belə maraqlı yarışın təşkilinə görə Yeganə Muradovaya və əməyi keçən hər kəsə təşəkkür edirik.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Məktəbli #İdmanhəftəsi #5MartBədənTərbiyəsiGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi