Məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

  1 mart 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin Fəaliyyət Planına əsasən 1 Mart Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru, məktəb üzrə Mülki Müdafiə rəhbəri İradə Bayramova çıxış edərək Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri, bu sahədə həyata keçirilən profilaktik tədbirlər, təbii fəlakətlər zamanı düzgün davranış qaydaları, təhlükəsiz təxliyə üçün əsas şərtlər, baş verə biləcək hər hansı bir fövqəladə hadisə zamanı özünümüdafiə üçün vacib olan əməllər və s. barədə dolğun məlumat verib. Daha sonra direktor müavini, məktəb üzrə Mülki Müdafiə Qərargah rəisi Ceyran Məmmədova və Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Oktay Əhmədov çıxış edərək öz fikir və təkliflərini irəli sürüblər.

Sonda mövzuya aid səhnəciklər nümayiş etdirilib və əyani şəkildə ilk tibbi yardım, tibbi fərdi mühafizə vasitələrindən istifadə qaydaları göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi