Abituriyentlərlə ixtisas seçimi haqqında maarifləndirici söhbət aparılıb

 28 fevral 2023-cü il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə 67 nömrəli tam orta məktəbin buraxılış siniflərində təhsil alan şagirdlərlə maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin buraxılış sinif şagirdləri, direktor müavini Ceyran Məmmədova və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisləri iştirak ediblər.

Tədbir zamanı Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisləri Sura Əzizli və Mikayıl Tağıyev tərəfindən karyera və düzgün ixtisas seçimi haqqında şagirdlərə məlumat verilib. Həmçinin kollec və ali məktəblərə qəbul olanların təhsil və tələbə kreditlərindən necə istifadə edə biləcəkləri haqqında söhbət aparılıb.

Qeyd edək ki, tədbir Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində, siyahı üzrə seçilmiş məktəblərdə keçirilib.

#TəhsilTələbəKreditiFondu #BakıŞəhəriÜzrəTəhsilİdarəsi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi