Qəhrəmanlar unudulmur

   Bakı Gənclər Mərkəzində şəhid Murad Nağıyevə həsr olunmuş "Qayıtsaydım" adlı sənədli filmin təqdimatı keçirilib.

Sənədli film Murad Nağıyevin yazdığı şerlər əsasında cəkilib.

Təqdimatda Şəhidimizin yaxın qohumları, cəbhə yoldaşları, millət vəkilləri və başqa qonaqlar iştirak ediblər. Tamaşaçılar arasında 67 nömrəli tam orta məktəbin texnologiya müəllimi Zəhra Xankişiyeva və rəhbərlik etdiyi VIII "e" sinfi də olub.

Təqdimatda Murad Nağıyevin qardaşı və bəzi qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyir, "Qayıtsaydım" adlı sənədli filmin təqdimatından olan görüntüləri təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi