Uğurunuz uğurumuzdur

 28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və STEAM Azərbaycan mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “VEX Robotix Azərbaycan” turnirinin VEX İQ kateqoriyası üzrə final mərhələsi keçirilib. Turnirdə Azərbaycanın müxtəlif regionlarından 35 komanda iştirak edib. 67 nömrəli tam orta məktəbin VIII "ğ" sinif şagirdi Məmmədov Amin Fuad oğlu da komandası ilə birlikdə iştirak edərək finala yüksəlib və II yer kubokuna layiq görülüb. Amin həmçinin turnirdə “Excellence award” (mükəmməllik) kubokuna layiq görülərək növbəti uğura imza atıb.
Bu münasibətlə kollektivimiz adından Amini və bütün qalibləri təbrik edir, hər zaman yüksək nəticə əldə edərək müvəffəqiyyət qazanmağı arzulayırıq. İnanırıq ki, Amin kimi şagirdlərimiz yalnız məktəbimizi deyil, ölkəmizi də daima uğurla təmsil edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi