Sağlam bədəndə sağlam ruh olar

 Fəaliyyət Planına uyğun olaraq 67 nömrəli tam orta məktəbdə 27 fevral 2023-cü il tarixində 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman həftəsinə start verilib.

İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərdə idmana həvəs yaratmaq, idmanın müxtəlif növləri ilə onları tanış etmək, faydaları barədə maarifləndirmək, şagirdlərin fiziki aktivliyini artıraraq sağlam formalaşmasını təmin etmək, bir sözlə, sağlam bədəndə sağlam əqidəli gənc nəslin yetişdirilməsinə təkan vermək və bu istiqamətdə lazımi tədbirləri həyata keçirməkdən ibarətdir.

İdman həftəsinin açılışının elan olunması məqsədilə "Sağlam bədəndə sağlam ruh olar" devizini əsas tutaraq məktəbin ibtidai və yuxarı siniflərində səhər gimnastikası yerinə yetirilib. Fiziki tərbiyə müəllimlərinin idarəçiliyi ilə keçirilən səhər gimnastikasının məqsədi təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin etdirilməsi, günə sağlam başlayaraq müsbət emosiyalarla onların motivasiya edilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi