Xocalını və Xocalı soyqırımının qurbanlarını unutmadıq, unutmarıq.

 25 fevral 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbdə "Xocalını unutmadıq" adlı tədbir keçirilib.

Məktəbin təşkilati işlər üzrə direktor müavini Azad Kələşov, Uşaq Birliyi Rəhbəri Nigar Mirzəcanova və musiqi müəllimi Sevil Ağamalıyevanın təşkilatçılığı, rus və Azərbaycan bölməsində təhsil alan şagirdlərin iştirakı ilə keçirilən, Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə V "ğ" və VI "ə" sinif şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Öncə faciədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra soyqırımın qurbanlarına həsr olunan səhnəciklər, videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında mahnılar, şeirlər səsləndirilib.

Tədbirdə valideynlər, məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova və Təranə Əlisoy qonaq qismində iştirak ediblər. Sonda məktəbin direktoru İradə Bayramova çıxış edərək öz ürək sözlərini ifadə edib.

Allahdan Xocalı soyqırımında həyatını itirənlərə rəhmət, yaxınlarını itirənlərə səbr diləyirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi