İlk dərslər Xocalı soyqırımına həsr olunub.

67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Təhməzova VII "g" sinfində, biologiya müəllimi Məleykə Muradova VI "f" sinfində, Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Bayramova isə VII "ə" sinfində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dərs təşkil ediblər.

Dərslər zamanı tariximizin qanlı səhifəsi olan Xocalı faciəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub, faciədə baş verənlər haqqında söhbət aparılıb. Həmçinin şagirdlər tərəfindən şeirlər, mahnılar, məlumatlar səsləndirilib, təqdimat nümayiş etdirilib.

Allahdan Xocalı faciəsində həyatını itirənlərə rəhmət, faciədə yaxınlarını itirənlərə səbr diləyirik.

 

https://youtu.be/YQ_YU-in6K0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi