Qəzet maketinin hazırlanmasın

 67 nömrəli tam orta məktəbdə növbəti maraqlı layihənin təqdimatı keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Məmmədovanın təşkilatçılığı ilə keçirilən layihə "Qəzet maketinin hazırlanması" mövzusuna həsr olunub. Layihə üzərində məktəbin X "b" sinfi qrup şəklində işləyərək maraqlı təqdimat hazırlayıblar. Təqdimatda nümayiş etdirilən qəzet maketində məktəbin 125 illik yubileyi, məktəbdə nizam-intizam qaydaları, milli-mənəvi dəyərlərimizin qorunması, istedadlı şagirdlər, elm və təhsil haqqında ibrətamiz aforizmlər əks olunub.

Təqdimatda məktəbin direktoru İradə Bayramova, direktor müavini Ceyran Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Təhməzova,coğrafiya müəllimi Nüşabə Mirkişiyeva və musiqi müəllimi Sevil Ağamalıyeva iştirak ediblər.

Layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edir, layihənin həyata keçirilməsində uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi