Tullantılara yeni can vermək mümkündür

 67 nömrəli tam orta məktəbdə fənn aylıqları davam edir. 22 fevral 2023-cü il tarixində I-IV siniflər arasında Həyat bilgisi fənn aylığı ilə əlaqədar olaraq "Tullantılara yeni can verək" layihəsi əsasında sərgi keçirilib. Məktəbin ibtidai siniflər üzrə direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə keçirilən yarış tipli sərgidə şagird, müəllim və valideynlərin birlikdə hazırladıqları əl işləri nümayiş etdirilib. Şagirdlər öz əl işlərini nə məqsədlə, necə və hansı tullantılardan hazırladıqları barədə təqdimat ediblər. Sonda münsiflər heyəti tərəfindən ən maraqlı əl işləri 10 ballıq sistemlə qiymətləndirilib. Qalib gələn I, II və III yerin sahibləri Diplomla, qalan iştirakçılar isə Təşəkkürnamə ilə mükafatlandırılıb.

Sərginin keçirilməsində əsas məqsəd planetimizin qlobal problemlərindən biri olan ekoloji çirklənmənin qarşısının alınması məqsədilə tullantıların yenidən istifadəyə verilməsini təbliğ etmək, şagirdlərdə əmək qabiliyyətinin artırılması və bacarıqlarının üzə çıxarılması istiqamətində işlər aparmaq, şagirdlərə qənaətcil olmağı, israfa yol verməyin düzgün olmadığını aşılamaq, valideyn - məktəb, valideyn - müəllim, valideyn - şagird münasibətlərinin genişləndirilməsi məqsədilə onların müştərək işləməsinin təmin edilməsi olub.

Belə maraqlı və önəmli mövzunu özündə əks etdirən sərginin keçirilməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, sərgi zamanı nümayiş etdirilən bəzi əl işlərininin fotoşəkillərini təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi