Ana dilimiz milli-mənəvi sərvətimizdir

 67 nömrəli tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuridə Təhməzova 21 fevral 2023-cü il tarixində rəhbərlik etdiyi VIII "g" sinfində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sinif saatı təşkil edib. Dərs zamanı şagirdlər mövzuya aid fikirlərini səsləndiriblər, şeir və mahnılar ifa ediblər.
Nuridə Təhməzova dərs zamanı ana dilinin hər kəs üçün nə qədər böyük önəm kəsb etdiyindən, şagirdlərdə doğma ana dilinə sevgi və məhəbbət hissinin formalaşmasının vacibliyindən bəhs edib.
Azərbaycan dili milli mənliyimizin, mənəviyyatımızın tarixi sərlövhəsidir. Dilimizin korlanmasının qarşısının alınması, onun saflığının qorunması ümumdövlət, ümumxalq işidir. Bu sahədə hər bir kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir.

https://youtu.be/kyYNqguyTQE

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi