Beynəlxalq Ana Dili Günü

  67 nömrəli tam orta məktəbdə 21 fevral 2023-cü il tarixində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri - Səkinə Bayramova, Ülviyyə Qarayeva, Aygün Məmmədova və Zülfiyyə Ələsgərovanın birlikdə təşkil etdikləri tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qonaqlar çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər. Şagirdlərin ifa etdikləri şeirlər, tarixi və ibrətamiz səhnəciklər, müəllim və şagirdlərin birlikdə ifa etdikləri mahnı, mövzuya uyğun hazırlanmış videoçarxlar olduqca maraqlı tədbirin ərsəyə gəlməsinə səbəb olub.

Qeyd edək ki, tədbirdə qonaq qismində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Ceyran Məmmədova və Təranə Əlisoy, kitabxana müdiri Həmayıl Hacıyeva, ingilis dili müəllimi Sulidə Rüstəmova, biologiya müəllimləri Məleykə Muradova və Günel Xasaylı, Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynəb Ziyatxanova, musiqi müəllimi Sevil Ağamalıyeva iştirak ediblər.

Tədbirdə səslənən musiqilərin seçimində göstərdiyi köməyə görə Sevil Ağamalıyeva və Təranə Əlisoya, həmçinin tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə hər kəsi təbrik edirik.

Unutmayın ki, ana dili hər millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi