Təbii fəlakətlər zamanı düzgün davranış qaydaları

 67 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Məktəblinin dostu" layihəsinin icraçıları tərəfindən şagirdlər arasında maarifləndirici təlimlər keçirilib. Təlimlərin mövzusu "Təbii fəlakətlər zamanı düzgün davranış qaydaları" olub.

Əsas məqsəd şagirdləri təbii fəlakətlər zamanı təhlükəsizliyin təmin olunması, ola biləcək xəsarətlərin minimallaşdırılması istiqamətində maarifləndirmək, onlarda yaranan qorxu hissini aradan qaldırmaq məqsədilə psixoloji söhbətlər aparmaq olub.

Təəssüf hissi ilə qeyd edirik ki, yaxın günlərdə Türkiyə və Suriyada baş verən zəlzələ və onun ağır nəticələri kiçikdən böyüyə hər kəsi olduqca sarsıdıb və bu mövzularda istər maarifləndirici, istərsə də psixoloji dəstəyə böyük ehtiyac yaranıb.

Təlimlərin təşkilində və həyata keçirilməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edirik.

Allah bəşəriyyəti fəlakətlərdən, ağır sınaqlardan qorusun. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi