Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin IV "b" sinif şagirdi Quliyev Kərim Tural oğlu 2022-ci ilin oktyabr ayında keçirilən AMO Olimpiadasında (Amerika Mathematic Olimpiad) iştirak edib. Şagirdimiz möhtəşəm nailiyyətinə görə mükafatlandırılaraq bürünc medalla təltif olunub.

Qazandığı uğur münasibətilə Kərim Quliyevi kollektivimiz adından təbrik edir, bundan sonrakı yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.

Qeyd edək ki, Kərimin ibtidai sinif müəllimi, ona riyaziyyat fənnini sevdirən 67 nömrəli tam orta məktəbin müəllimi Fəridə Quliyeva olub. Belə istedadlı şagirdlər yetişdirdiyi üçün Fəridə Quliyevaya və onun timsalında bütün müəllimlərimizə verdikləri bilik və sərf etdikləri əməyə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi