Şagirdlərimiz maraqlı layihədə iştirak ediblər.

  67 nömrəli tam orta məktəbin V "d" sinif şagirdləri - Murad Heydərli, Nihan Cəfərova və VI "e" sinif şagirdi Roza Qurbanova “Saglam ol - Xoşbəxt ol” adlı Beynəlxalq layihədə iştirak ediblər.

Layihə "Innovative Learning Network", Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi və "MIE Azerbaijan"ın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin məqsədi bir neçə fənni inteqrasiya etməklə sağlam qidalanmanı və ölkələrin milli mətbəx mədəniyyətini şagirdlərin təqdimatında

hədəf auditoriyaya çatdırmaqdır.

Qeyd edim ki, şagirdlərimiz layihəyə milli mətbəximizin inciləri olan, gənc nəslə böyüklərimizdən miras qalan şəkərbura, şirin plov və düşbərə hazırlayaraq qatılıblar. Layihənin növbəti mərhələsinə yalnız videoları daha çox bəyəni toplayan iştirakçılar keçə biləcəklər.

Şagirdlərimizə bu layihədə uğurlar diləyir, dostluğumda olan hər kəsi onlara dəstək olmağa çağırıram. Bunun üçün aşağıda qeyd olunan youtube linklərinin hər üçünü bəyənib, həmin kanala abunə olmağınızı xahiş edirəm.

https://youtu.be/vZ_tesDrNZc

https://youtu.be/xoD5t7EjMkA

https://youtu.be/YNExuG3vNl0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi