Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin istedadlı şagirdləri növbəti uğura imza atıblar. Belə ki, məktəbin VI "a" sinif şagirdi Yusif Məmmədli, V "c" sinif şagirdləri Nazlı Meydanova, Sultan Əzimova, Rəşad Hüseynov, Aylin Nəsibova və Ləman Musayeva Lütfi Zadə adına Məktəblilərarsı I Məntiq Olimpiadasında yüksək nəticə toplayaraq final mərhələsinə vəsiqə qazanıblar və bu münasibətlə sertifikatla təltif olunublar.

Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, final mərhələsində daha yüksək nəticə əldə edərək qalib olmaqlarını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi