Tarixdə bugün

Bugün dahi azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniyanın Berkli Universitetinin professoru, dünyaşöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) doğum günüdür.

Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib.

Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən vacib fikirləri irəli sürən dahi bir şəxsiyyətdir.

Lütfi Zadə Vətənini, xalqını çox sevib. "Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam" deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.

Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişib və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilib.

Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadəyə Allahdan rəhmət diləyir, onun əziz xatirəsini hörmət və ehtiramla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi