2 Fevral Azərbaycan Gənclər Günü

1997-ci il fevralın 2-də ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb.

Ulu öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin təməlini qoyduğu gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Müstəqil Azərbaycanın müzəffər gənclərini, yalnız bioloji deyil, qəlbən, ruhən gənc olanları 2 Fevral Azərbaycan Gənclər Günü münasibətilə təbrik edir, ölkəmizin sağlam gələcəyinin qurulmasında gənclərə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi