Uğurunuz uğurumuzdur

28-29 yanvar tarixlərində Abşeron Olimpiya İdman kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Qarabağ Open turniri keçirilib. Bu turnirə Sabunçu rayonunu təmsil edən XTQ İdman Mərkəzi 19 nəfər idmançı ilə qatılıb.

İdmançılar arasında 67 nömrəli tam orta məktəbin VIII "e" sinif şagirdi Rəsulov Elvin Zaur oğlu 42 kq. çəki dərəcəsi ilə, VI "c" sinif şagirdi Allahyarov Həsən Muxtar oğlu isə 37 kq. çəki dərəcəsi ilə iştirak ediblər. Hər iki şagirdimiz əzmlə yarışaraq bütün rəqiblərinə qalib gəliblər. Yarışı birinciliklə başa vuran idmançılarımız qızıl medal, diplom və kubokla təltif olunublar.

Məktəb kollektivi adından idmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi