I yarımilin yekun hesabatı

67 nömrəli tam orta məktəbdə I yarımilin yekununa dair Pedaqoji Şura iclası keçirilib.

İclas zamanı ilk öncə 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru İradə Bayramova iclası açıq elan edərək çıxışına davam edib. İclasda məktəbin direktor müavinləri çıxış edərək yekun nəticələrlə bağlı hesabatlarını təqdim ediblər. Həmçinin müəllimlərin sual və təklifləri dinlənilib.

Qeyd edək ki, Pedaqoji Şura iclasında I yarımilin yekununa dair məsələlər, həmçinin məktəbdə keçirilən monitorinq və Böyük Summativ Qiymətləndirmələrin nəticələri müzakirə olunub, elektron jurnalla bağlı müəllimlərin sualları cavablandırılıb, II yarımildə daha yüksək nəticə əldə etmək məqsədilə təkliflər irəli sürülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi