Şəhidlər unudulmur

 

20 yanvar faciəsinin 33 cü ildönümü ilə əlaqədar məktəbin tərbiyə işləri üzrə direktor müavini Azad Kələşovun təşkilatçılığı, musiqi müəllimi Sevil Ağamalıyeva və Uşaq Birliyi Rəhbəri ( UBR ) Nigar Mirzəcanovanın təşkilati dəstəyi ilə V "c" sinfində "20 yanvar - Müstəqilliyə aparan yol" adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya və videoçarxlar nümayiş etdirilib. Tədbirdə məktəbin direktoru İradə Bayramova, direktor müavinləri - Ceyran Məmmədova və Təranə Əlisoy, Azərbaycan dili və ədəbiyyat müəllimi Murad Rəşidov, fiziki tərbiyə müəllimi Ramil Eminov, biologiya müəllimi Lətafət Səfərova və V "c" sinfinin ibtidai sinif müəllimi Yeganə Məmmədova iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi