Valideynlərlə psixoloji görüş

 

21 yanvar tarixində 67 nömrəli tam orta məktəbdə direktor müavini Təranə Əlisoyun təşkilatçılığı ilə seminar keçirilib. Seminarda iştirak edən psixologiya üzrə fəlsəfə doktoru, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oqtayqızı məktəbin V-VI sinif şagirdlərinin valideynləri ilə söhbət aparıb. Seminar zamanı yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, bu yaş dövrü üçün məktəblilərdə mövcud olan psixoloji problemlər və onların həlli yolları ilə bağlı valideynlərlə söhbət aparılıb, həmçinin onları maraqlandıran suallara ətraflı cavab verilib.

Seminarda məktəbin psixoloqları - Lalə Tağıyeva, Əfsalə Ağayeva və Xəyalə Babazadə iştirak edərək mövzu ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.

Qeyd edək ki, seminar ötən ilin dekabr ayında valideynlər arasında keçirilən sorğuya əsasən, valideynlərin çoxsaylı istəkləri nəzərə alınaraq təşkil olunub.

Psixoloqla görüş valideynlər tərəfindən rəğbətlə qarşılanıb və belə görüşlərin şagirdlərlə də təşkil olunması qərara alınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi