20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

 

67 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Məktəbdə qan yaddaşımıza həsr olunmuş silsilə tədbirlər keçirilib, şəhidlərin xatirəsini yad etmək məqsədilə hazırlanan xüsusi guşəyə qərənfillər düzülüb, onların ruhuna dualar edilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsindən 33 il ötür.

Bu gün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların xatirəsini ehtiramla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi