"Məzun valideynlər" səhnəciyi qonaqlara duyğulu anlar yaşadıb

https://youtu.be/nb-c17zowtk

 

67 nömrəli tam orta məktəbin 125 illik yubileyinə həsr olunmuş tədbirdə nümayiş etdirilən "Məzun valideynlər" səhnəciyi qonaqlara duyğulu anlar yaşadıb. Belə ki, məktəbin müəllim, şagird və məzunlarının birlikdə ifa etdikləri "Xatirələr" adlı mahnının sədaları altında məktəbin məzunu olan və hal-hazırda övladları həmin məktəbdə təhsil alan valideynlər övladları ilə birlikdə səhnəyə çıxıblar. Daha sonra valideynlərdən biri məktəbə həsr etdiyi şeiri səsləndirib.
3 əsrin şahidi olan qocaman təhsil ocağı uzun illər boyunca çox nəsillər yetişdirib. Bundan sonra da çox nəsillər yetişdirəcəyinə və təhsilimizə çox töhfələr verəcəyinə inanır, bu şərəfli yolda məktəbimizə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi