Antropologiya və Arxeologiya üzrə seminar təşkil edildi.

67 nömrəli məktəbdə tarix müəllimi Sevinc Quluzadənin dəvəti və AMEA-nın Gənc Alimlər Şurasının sədri Nigar Mustafayevanın təşkilatçılığı ilə Antropologiya və Arxeologiya üzrə seminar təşkil edildi. Seminarda məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy, tarix müəllimi Sevinc Quluzadə iştirak etdilər. Seminar boyu məktəbin 6-cı sinif şagirdləri arxeoloji və antropoloji tədqiqatların necə keçirilməsi ilə bağlı mütəxəssislər tərəfindən məlumatlandırıldılar. Tədqiqatçılar Ülkər Allahverdiyeva və İlahə Nəhmətovanın təqdimatında video-slaydlar nümayiş olundu. Gənc tədqiqatçılar iştirakçıları maraqlandıran suallara cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi