"Birlikdə öyrənək" layihəsi davam edir

 67 nömrəli tam orta məktəbdə Təranə Əlisoyun təşkilatçılığı ilə keçirilən"Birlikdə öyrənək" layihəsi çərçisində VI"ə" sinif şagirdləri VI"f"sinif şagirdləri ilə birgə yeni mövzunu öyrənməyə çalışdılar. Dərsi məktəbin tarix müəllimi Gülnar Həbibova təşkil etdi. Mövzu "Azərbaycan ərazisində tayfa birlikləri və erkən dövlət qurumları", dərsin məqsədi isə” Azərbaycanda yaranmış erkən dövlət qurumlarını fərqləndirmək" idi. Dərs boyu şagirdlərin təqdimatında slayd nümayiş olundu və yeni mövzu krassvord, venn dioqrami və başqa tapşırıqlar vasitəsilə möhkəmləndirildi. Fasilitator rolunda iştirak edən Dadaşova Səma, Qasımzadə Aysel, İsmayılzadə Nuray digər dostlarının tapşırıqlarını yoxlayıb, tövsiyələrini bildirdilər.

Dərsdə münsiflər heyətini məktəbin direktor müavinləri Ceyran Məmmədova, Təranə Əlisoy ,məktəbin tarix müəllimi Sevinc Quluzadə təşkil edirdi. Münsiflər şagirdlərin birgə öyrənmə təşəbbüslərini çox bəyəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi