3 dekabr "Əlillər günü"

https://m.facebook.com/story.php?story_fbid=pfbid08chwxwMXiRYSxZuwogK321fXnwXSjuPShKHvCXe5G7tdhNHTEjsh1t41vpaic9RZl&id=100050470153755&sfnsn=mo&mibextid=VhDh1V

 

67-Nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Şəfayə 3 dekabr "Əlillər günü" ilə bağlı 6c sinfində "Kimdir əlil" mövzusunda maarifləndirici xarakter daşıyan debat təşkil etmişdi.

Debatda məktəbin rəhbərliyi, müəllimləri, şagirdlər, valideynlər, məktəbin məzunu olmuş pisixologiya fakultəsinin tələbələri də bu tədbirə qoşulmuşdu. Tədbirə eyni zamanda fiziki və əqli məhdudiyyətləri olan şəxslər dəvət olunmuşdu. Onlar tədbirdə öz bacarıq və qabiliyyətlərini göstərdilər şagirdlərlə də yaxından tanış oldular. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər bugün Azərbaycan dövlətinin bu şəxslər üçün gördüyü inkişafyönümlü işlərdən ağızdolusu danışdılar. Şagirdlər isə öz rəsmləri vasitəsilə fikirlərini çatdırdılar. Onlar həmin əlil insanların rahat yaşaması üçün hansı ideyalarının olduğunun təklifini irəli sürdülər. Sonda əsas məqsəd fiziki və əqli qüsurların günümüzdə əngəl olmadığını vurğuladılar. Şagirdlər əsl əlillik mənəvi əlil olanları hesab etdilər və cəmiyyıtimizin inkişafı üçün daima maarifləndirici tədbirlərin çox olmasını arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi