Azərbaycan dili fənnindən "Sayın quruluşca növləri mövzusunda nümunəvi dərs keçirmişdir.

Bakı şəhəri Sabunçu rayonu 67 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Bayramova Məhərrəm qızı noyabr ayının

Azərbaycan dili və ədəbiyyat aylığı olduğunu nəzərə alaraq  V"f" sinfində Azərbaycan dili fənnindən "Sayın quruluşca növləri mövzusunda nümunəvi dərs keçirmişdir. Dərsdə münsiflər qismində məktəbin direktor müavinləri Ceyran Məmmədova ,Təranə Əlisoy,Gülnarə Bağırova,Təranə Əsədova və məktəbin Azərbaycan dili müəllimlərindən Şəfəq Məmmədova,Şəfayə Cəfərova iştirak etmişlər.

Dərs qruplarla təşkil edilmişdir. Həm şagirdlərin qrup şəklindəki əməkdaşlığına diqqət edilmiş,eyni zamanda fənn müəllimi Səkinə Bayramova fərdi şəkildə də qiyməyləndirmə aparmışdır.

Müəllim qoyduğu təlim nəticəsini dərs boyunca reallaşdırmağa nail olmuşdur. Dərsin sonuna yaxın fənn müəllimi tərəfindən uşaqların son dərəcə marağına səbəb olan tennis oyunu vasitəsilə təkrara yol vermişdir.Oyunda qalib iştirakçıya müəllim tərəfindən hədiyyə təqdim edilmişdir. Dərs zamanı mövzuya uyğun slaydlar nümayiş etdirilmişdir. Qrup tapşırıqları zamanı musiqi,ədəbiyyat,tarix fənni ilə inteqrasiya aparılmışdır.

Qrupların adları müstəqilliyimizim göstəricisi olan dövlət simvolları ilə adlandırılmış,qrup liderləri çıxışlarında dövlət simvollarımıza aid fikirlər söyləmiş və şeirlər səsləndirmişlər.

Sonluqda münsiflər dərs haqqında xoş fikirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi