Bəxtiyar Vahabzadənin “Gülüstan" poemasi mövzusunda nümunəvi dərs keçirilib.

 Bakı şəhəri Sabunçu rayonu 67nomrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təhməzova Nuridə Ziyad qızı noyabr ayının ana dili və ədəbiyyat aylığı olduğunu nəzərə alaraq,

 Azərbaycan dili fənni üzrə VIIl"g" sinfində Bəxtiyar Vahabzadənin “Gülüstan" poemasi mövzusunda nümunəvi dərs keçmişdir. Dərsdə direktor müavinləri Ceyran Məmmədova, Yeganə Muradova, Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidov Murad, musiqi müəllimi Sevil Ağamalıyeva iştirak etdilər. Dərsin mövzuya maraqoyatma mərhələsinə müəllim Təhməzova Nuridə Bəxtiyar Vahabzadənin qızıl kəlamları və şeirilərindən istifadə edərək başladı , daha sonra Bəxtiyar Vahabzadənin öz səsi ilə söylədiyi “Gülüstan”poemasından parçalar dinlənildi.

Dərsboyu şagirdlər suallara cavab verdi, krossvord sualları yerinə yetirildi,Bəxtiyar Vahabzadənin şeirindən parçalar söylənildi, Bəzz qalası və Girdiman qalası haqqında məlumat verildi, sözləri Bəxtiyar Vahabzadənin,musiqisi Emin Sabitoğlunun Azərbaycan mahnısı ifa olundu, dərsdə tarix,coğrafiya, ədəbiyyat , musiqi, təsviri-incəsənət fənləri inteqrasiya edildi.

Qarabağın məhv edilmiş memarlıq abidələrinin və tikintilərinin siyahısı toplandı, məhv edilmə səbəbləri arasdırıldı. Qiymətləndirmə meyarlarına əsasən qruplar qiymətləndirildi.

Sonda müəllim heyəti dərs haqqında öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi